Həlak olan rus hərbçilərin sayı AÇIQLANDI

  • By admin
  • 15 May 2022 10:19

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin “Facebook” səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 1 218 tankı, 2934 zirehli döyüş maşını, 551 artilleriya sistemi, 195 reaktiv yaylım atəşi sistemi, 88 havadan müdafiə sistemi, 200 hərbi təyyarəsi, 163 helikopteri, 2059 avtomobil texnikası və yanacaq çəni, 13 gəmi/kateri, 411 dronu, 42 xüsusi avadanlığı, 95 qanadlı raketi məhv edilib.

Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 27 200-dən çox canlı qüvvəsini itirdiyini bəyan edib.

Gununsesi.info