Ukrayna Pokrovskun mühasirəyə alındığı iddialarını təkzib etdi

Ukrayna Rusiyanın Pokrovsk şəhərini mühasirəyə alması ilə bağlı iddiaları rədd edib. Donetsk bölgəsində yerləşən strateji şəhər son günlər Rusiya qüvvələrinin intensiv hücumları altındadır.

Prezident Volodimir Zelenski Pokrovsk yaxınlığında olan qoşunlara baş çəkib və şəhərin müdafiəsini saxlamaq üçün “əlindən gələni edəcəyinə” söz verib. Ukrayna Baş Qərargahı isə bölmələrin mühasirəyə alınmadığını və düşmənin şəhərə sızmasının qarşısının alındığını bildirib.

Rusiya ordusu Pokrovskda bir neçə binanı ələ keçirdiyini iddia etsə də, Kiyev bu məlumatları təkzib edir.

Müharibədən əvvəl 60 min nəfərin yaşadığı şəhər hazırda döyüşlər nəticəsində demək olar ki, boş qalıb. Ukrayna qüvvələri bölgəyə əlavə müdafiə birləşmələri göndərib.

 

 

Günay

Gununsesi.info