Ukrayna Tuladakı neft bazasını vurdu: - yanğın başladı

Ukrayna ordusu Rusiyanın Tula vilayətinin Uzlovski rayonundakı neft bazasına pilotsuz təyyarələrlə hücum edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Maş” (Mash) Teleqram kanalı məlumat yayıb.

“Yerli sakinlər on partlayış səsi eşidiblər, bundan sonra müəssisədə yanğın başlayıb”, – məlumatda bildirilib.

İtkilərlə bağlı təfərrüat açıqlanmayıb.

 

Gununsesi.info