Ukraynada prezident seçkiləri bu tarixdə keçirilə bilər

  • Müəllif: Orxan
  • 20 May 2026 13:42

Gələn il Ukraynada prezident seçkiləri keçirilə bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti ofisinin müşaviri Mixail Podolyak bildirib.

“Ukraynada seçkilər müəyyən şərtlər daxilində 2027-ci ilin yazında keçirilə bilər. Əgər sülh razılaşması əldə olunarsa, hadisələrin bu cür inkişaf perspektivi mümkündür”, – o qeyd edib.

M.Podolyak vurğulayıb ki, seçkilərin keçirilməsi nə bu ilin yazında, nə də payızında mümkündür. Yalnız daimi atəşkəsdən üç ay sonra seçkilərlə bağlı prosedurlara başlanıla bilər.

Gununsesi.info