Ukraynanın bu şəhərlərində şiddətli döyüşlər gedir

  • By admin
  • 26 Fevral 2022 23:11

Ukrayna və Rusiya Silahlı Qüvvələri arasında Vışqorod rayonunda, Qostomel və Vasilkov şəhərlərində ağır döyüşlər gedir.

Gununsesi.info xəbər verir ki, bu barədə Kiyev Regional Dövlət Administrasiyasından məlumat verilib.

Bildirilib ki, Qostomeldə ağır döyüşlər gedir, əraziyə çoxlu texnika toplanıb.

Vasilkovda aerodrom uğrunda atışma gedir, Vışqorod rayonunda çoxlu hərbi texnika yığılıb.

Gununsesi.info