“Uşaqlar söyüşün nə olduğunu bilməlidir” -PSİXOLOQ

“Uşaqlar söyüşün nə olduğunu bilməlidir”.

Gununsesi.info bildirir ki, bu fikirləri klinik psixoloq Rövşən Nəzərli deyib.

“Eyni zamanda, onun işlədilməsinin düzgün olmadığını da anlamalıdır ki, ictimai mühitdə bu cür ifadələrdən istifadə etməsin. Çünki cəmiyyətdə söyüşlə qarşılaşmaq qaçılmazdır və uşaq bunu müxtəlif mühitlərdə eşidə bilər. Bu, həyatın mövcud reallıqlarından biridir.

Ümumilikdə, hər hansı dili öyrənən zaman insanlar bəzən həmin dilin kobud ifadələri ilə də tanış olurlar. Bu, maraq və müşahidə ilə bağlıdır. Lakin bu, həmin ifadələrin işlədilməsinin doğru olduğu anlamına gəlmir.

Uşağın nitqinin formalaşması üçün əsas olan düzgün, səliqəli və ədəbi dil mühitidir. Ona görə də uşağa kobud sözlərin mövcudluğu izah edilməli, lakin onların işlədilməsinin yolverilməz olduğu aydın şəkildə öyrədilməlidir”.

 

 

Şəbnəm

Gununsesi.info