ÜST elan etdi: Marburq virusunun yayılması bitdi

  • By Admin2
  • 14 Mart 2025 16:56

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus Tanzaniyada Marburq virusunun yayılmasının sona çatdığını açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən verdiyi xəbərə görə, ÜST Tanzaniyada Marburq virusunun yayılmasının sona çatdığını açıqlayıb.

ÜST-nin baş direktoru Tedros Adhanom Qhebreyesus açıqlamasında “Tanzaniyadan xoş xəbər, Marburq epidemiyası başa çatdı. Afrikada səhiyyə fövqəladə hallara reaksiyası sahəsində artan təcrübə epidemiyaya effektiv nəzarət üçün çox mühüm rol oynadı. Biz epidemiyanı nəzarət altına almaq üçün yorulmadan çalışan həmkarlarımıza təşəkkür edirik”  deyib.

Qeyd edək ki, Ebola virusu ilə eyni ailədən olan Marburq virusuna yoluxmuş insanlarda ölüm nisbəti 88 faizə çata bilər. Yarasalardan insanlara keçən virus yoluxmuş insanlarla təmas zamanı yayılır. Simptomlara qızdırma, əzələ ağrıları, ishal, qusma və bəzi hallarda həddindən artıq qan itkisi daxildir.

Orxan

Gununsesi.info