Rusiyada yaşayan Azərbaycan vətəndaşı İsmayılova Gülnarə Firuddin qızı Baş nazir Əli Əsədova müraciət edib.
Gununsesi.info xəbər verir ki, panik atak, klausrofobiya, aerofobiya xəstəliyindən əziyyət çəkən vətəndaş yazdığı məktubunda xəstə olan anasının yanına dönməsi üçün Operativ Qərargahdan ona köməklik edilməsini xahiş edir.
Həmin məktubu iszə təqdim edirik:
“Mən, İsmayılova Gülnarə Firuddin qızı. Uzun illərdir ki, Rusiyanın Volqoqrad şəhərində yaşayıram. 4 ildən çoxdur ki, Azərbaycana geri qayıda bilmirəm.
Məndə panik atak, klausrofobiya, aerofobiya deyilən xəstəliklər var. Uzun illər yalnız qatar və quru yolları ilə gəlmişəm. İndi anam çox ağır vəziyyətdədir.
Hər an hər şey baş verə bilər. Sizdən xahiş edirəm ki, anama sağlığında qovuşmaq üçün yaxın 2 gün ərzində quru və ya qatar nəqliyyatı ilə ölkəyə girişim üçün sənədli icazə verəsiniz. Və ya ölkəyə girdiyimdə, problem çıxarmasınlar.
Operativ Qərargahın qərarı ilə sərhədlərin bağlanması ilə çarəsizcə sizin təklif edəcəyiniz həll yolunu gözləyirəm. Ya özümün həyatımı riskə atmalıyam, ya da həyatı risk altında olan anamı seçməliyəm. Durumum bu şəkildədir.
Xahiş edirəm, mənə köməklik edin. Mən Azərbaycan vətəndaşıyam .
Gec olmadan anama sağlığında qovuşmaq hər bir övlad kimi, mənim də istəyimdir.
Xahiş edirəm, ən geci, iyul ayının birinə qədər Azərbaycana girişimə icazə üçün kömək edəsiniz. Buməhdudlaşdırma Operativ Qərargahın qərarı ilə olub”.
Mob: +7 988 023-55-59
Mail: akif.ismailov55@mail.ru
Sayğılarımla, Gülnarə