Vətəndaş bu hakimin prosesində vəfat edib

  • By admin
  • 23 Dekabr 2022 18:22

Xəbər verdiyimiz kimi  Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan şəxslərdən biri vəfat edib.

Gununsesi.info-nun xəbərinə görə, proses zamanı qanunsuz ittihamlarla üzləşdiyini deyən  62 yaşlı Qədimov Şəmil Əli oğlunun  qəflətən halı pisləşib, Təcili Tibbi Yardım çağırılana qədər o vəfat edib.

Araşdırmamız zamanı Şəmil Qədimovun mühakimə olunduğu prosesi Bakı Ağır Cinayətlər Məhkəməsi hakimi  Cavid Hüseynov aparıb.

Məlumata görə, Şəmil Qədimov Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə  ittiham olunurdu.

Günay

Gununsesi.info