Vətəndaşlara xoş müjdə: Rayonlara gediş-gəliş açıldı – Nəqliyyat məhdudiyyəti ləğv edildi

  • By admin
  • 25 Yanvar 2021 10:40

Bu gündən etibarən Bakı da daxil olmaqla, bir sıra şəhər və rayonlara gediş-gəlişlə bağlı qoyulan məhdudiyyət aradan götürülüb.

 

Gununsesi.org xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah yanvarın 16-da qərar qəbul edib.

Qərara əsasən, yanvarın 25-dən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinə və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayonlarına giriş-çıxış bərpa olunur. Bununla əlaqədar rayon və şəhərlərarası gediş-gəlişə nəzarət edən postlar ləğv edilir.

Gununsesi.org