Vanuatu sahilində 6 bal gücündə zəlzələ olub

  • By Günel
  • 10 Fevral 2025 08:23

Vanuatu Respublikasının əsas adası olan Efatenin qərb sahilində 5,9 maqnitudalı zəlzələ qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, təbii fəlakətin episentri paytaxt Port-Viladan 66 km şimal-qərbdə, ocağı isə 19 km dərinlikdə yerləşib.

Yaralananlar və ya dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Gununsesi.info