“Vatikan sülh görüşü üçün ideal yerdir” -AÇIQLAMA

  • By admin
  • 28 Aprel 2021 22:08

Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə görüşmə yeri olaraq Vatikanın ideal olduğunu deyib.

Gununsesi.info  xəbər verir ki, o, bunu İtaliyanın “La Republika” qəzetinə açıqlamasında dilə gətirib.

Dövlət başçısı bildirib ki, Putinlə görüş gerçəkləşdiriləcək və Donbasdakı müharibəni bitirmək üçün buna ehtiyac var:

“Vatikan sülh görüşü üçün ideal yerdir. Vatikan tərəfsizdir və bu səbəbdən digər “oyunçulardan” fərqlənir”.

Gununsesi.info