Vüsal Nəsirlinin işdən çıxartdığı şəxs bu məmurun qohumudur

Xəbər verdiyimiz kimi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindəki “Avtomobil Yollarının Mühafizə Xidməti” Publik Hüquqi Şəxsinin rəisi vəzifəsindən azad edilib.

Gununsesi.info“Qaynarinfo”ya istinadən xəbər verir ki, AAYDA sədri Vüsal Nəsirlinin müvafiq Əmri ilə Xidmətin rəisi Səftər İsmayılov işdən çıxarılıb.

Bildirili ki, Avtomobil Yollarının Mühafizə Xidmətində aparılan yoxlama zamanı ciddi pozuntular aşkarlanıb. Sözügedən qurumun bir sıra vəzifəli şəxsləri barəsində araşdırmalara başlanılıb.

Onu da qeyd edək ki, Vüsal Nəsirlinin işdən çıxartdığı məmur PA-nın şöbə müdirinin qohumudur.

Gununsesi.info-nun araşdırması zamanı isə bəlli olub ki, o, Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun bacısı oğludur.

O, həmçinin Azərbaycanın məşhur kəndi olan Nehrəmdəndir.

Gununsesi.info