Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturuna hücum olub

  • Müəllif: Firuzə
  • 29 Noyabr 2025 14:59

Xəzər Boru Kəməri Konsorsiumu (CPC) dəniz terminalını pilotsuz katerlərin hücumu nəticəsində əhəmiyyətli dərəcədə zədələnib.

Gununsesi.info Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

“Hadisə 2025-ci il noyabrın 29-da, Moskva vaxtı ilə saat 04:06-da (Bakı vaxtı ilə 05:06-da – red.) baş verib. Partlayışdan sonra Novorossiysk dəniz limanının kapitanı bütün yükləmə əməliyyatlarını dayandırıb, tankerlər isə yedəklə liman ərazisindən çıxarılıb. İşçilər və podratçılar arasında xəsarət alanların olmadığı bildirilir”, -məlumatda qeyd olunub.

Fövqəladə hallardan mühafizə sistemi müvafiq kəmərləri bağlayıb və ilkin məlumatlara görə, Qara dənizdə neft dağılmaları müşahidə edilməyib.

Gununsesi.info