Almaniya səfiri azərbaycanlı uşaqları evinə topladı

  • Müəllif: admin
  • 29 Noyabr 2025 14:54

 

Hər il olduğu kimi bu il də Almaniyanın Azərbaycandakı səfiri 

Ralf Horlemannın iqamətgahında “Yeni il şirniyyatxanası” tədbirini keçirib.

 

Gununsesi.info bildirir kk, Azərbaycanın müxtəlif məktəblərindən olan 12 uşaq zəncəfilli evləri böyük fantaziya ilə bəzəyiblər. Düzü ətrafa bir az da şokolad və krem saçılıb, amma əsas odur ki, uşaqlar əyləniblər.

 

Məlumatda bildirilir ki,  29 noyabr tarixində, saat 12:00–17:00 aralığında Kapellhausda keçiriləcək Milad yarmarkasında Almaniya Səfirliyinin stendindən zəncəfilli evləri, evdə hazırlanmış Milad peçeniləri və bir çox fərqli bayram məhsulları nümayiş olunub .

Günay Mahirqızı 

Gununsesi.info