Xəzər dənizində zəlzələ oldu

  • By admin
  • 18 Dekabr 2020 11:47

Dekabrın 18-də Xəzər dənizində maqnitudası 3.1 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Gununsesi.org-a bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yeraltı təkanlar yerli vaxtla saat 05:26-da Qala stansiyasından 28 km şərqdə qeydə alınıb.

Zəlzələ ocağı 68 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.

Gununsesi.org