Xırdalanda 13-cü mərtəbədən yıxılan oğlan sağ qaldı

  • Müəllif: Firuzə
  • 26 Fevral 2026 11:45

Gecə saatlarında Xırdalanda 22 yaşlı oğlan binadan yıxılıb.

Gununsesi.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə “Kristal Abşeron” kompleksində baş verib.

Saat 2 radələrində 2004-cü il təvəllüdlü Nihad Yunus oğlu Vəliyev yaşadığı 16 mərtəbəli binanın 13-cü mərtəbəsinin eyvanından yıxılıb.

O, ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info