XTQ baş leytenantı Xocavənddə minaya düşərək şəhid oldu

  • By admin
  • 18 Dekabr 2020 12:33

Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Asəf Ağayev şəhid olub.

Gununsesi.org-un Qafqazinfo-ya istinadən məlumatına görə, ötən gün A. Ağayev Xocavənd rayonunda mina partlaması nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, Asəf Ağayev Şuşanı fəth edən zabitlərimizdəndir. O, dekabrın 10-da keçirilən hərbi paradda da iştirak edib.

 

Gununsesi.org