“Ukrayna Rusiya ilə danışıqlar masası arxasına oturmağa hazırdır, ancaq düşmən həqiqətən müharibəni bitirmək istəsə”.
Gununsesi.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Bizim nəticə verməyən danışıqlara vaxtımız yoxdur. Nə etdiyimizi dəqiq bilirik. Vurğulayıram ki, heç bir şübhəmiz yoxdur və biz yalnız qarşı tərəf müharibəni bitirməyə hazır olduqda danışıqlara hazırıq”, – deyə Ukrayna dölət başçısı bildirib.
Bundan əvvəl Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak qeyd edib ki, “Ukrayna və Rusiya danışıqlar masası arxasına əyləşəcəklər, lakin bu gün deyil və Rusiya Federasiyasının şərtləri ilə olmayacaq. O əlavə edib ki, “Rusiya hazırda danışıqların aparılması zərurətini təbliğ edir, çünki onlar bütün resurslarını Ukraynanın şərqində toplayıb, burada çox gərgin döyüşlər gedir”.
Eyni zamanda, ABŞ Rusiyanın bu danışıqları ədalətlə aparmaq istəməməsi səbəbindən yaxın gələcəkdə Kiyev və Moskva arasında diplomatik danışıqların mümkünlüyünə dair heç bir ehtimal görmür.
Gununsesi.info