Yanğın olan həbsxanada məhbuslar necə yaşayır? -ŞİKAYƏT

Xəbər verdiyimiz kimi, aprelin 7-də Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinin ərazisində yanğın hadisəsi baş verib.

Bu barədə Ədliyyə Nazirliyi və Fövqəladə Hallar Nazirliyi Mətbuat xidmətlərinin birgə məlumatınida qeyd olunub.

Adıçəkilən müəssisədə cəza çəkən şəxslərin ailə üzvlərinin Gununsesi.info -ya verdiyi məlumata görə, məhbusların yerləşdirilməsi ilə bağlı ciddi problemlər yaranıb.

Belə ki, 1700 nəfərlik məhbusdan təxminən 700 nəfərinin qaldığı yataqxana yandığı üçün digərlərini yerləşdirmək mümkün deyil.

Məhbus ailələri bildirir ki, məhkumlar digər yataqxanada növbəlilik prinsipi ilə gecələməli olurlar.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinə sorğu ünvanlasaq da, lakin hər hansı bir məlumat verilmədi.

 

Elmar Elnuroğlu

Gununsesi.info