“Yaponiya müdafiə xərclərini 2 qat artırmağı hədəfləyir” – Euronews

  • By admin
  • 29 Noyabr 2022 15:48

Yaponiya hökuməti hərbi xərclərini iki dəfə artırmağı planlaşdırır.

 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Fuimo Kişido müdafiə və maliyyə nazirlərinə 2027-ci ilədək müdafiə xərclərini iki qat çoxaltmaq təlimatını verib.

Rəsmi Tokio “Çinin artan təhdidləri və Rusiyanın Ukraynaya hücumundan sonra dəyişən geopoliik mühit” səbəbi ilə müdafiə və təhlükəsizlik strategiyalarını gözdən keçirir.

Baş nazir Kişido ilə görüşən müdafiə naziri Yasukazu Hamada toplantıdan sonra mətbuata açıqlamasında hərbi xərclərin iki dəfəyə qədər çoxaldılacağını təsdiq edib.

Nazir söyləyib ki, maliyyə yetərsizliyi səbəbi ilə bunu edə bilməyəcəklərini danışmaq əvəzinə, lazımı fondları sürətlə təmin etmək lazımdır. Hamada bildirib ki, müdafiə büdcəsinin təcili çoxaldılması gərəkdir.  Nazir arıtrma xərclərinə digər bir əsaslandırma olaraq, Şimali Koreyanın nüvə və raket proqramını səbəb göstərib.

Qeyd edək ki, bu ölkənin Müdafiə Nazirliyi 40 milyard dollarlıq bir büdcə tələbini etmişdi. / Euronews

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info