Yaqub Mahmudov vəzifəsindən azad edildi

  • By admin
  • 23 Yanvar 2021 14:19

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov vəzifəsindən azad olunub.

 

Gununsesi.org xəbər verir ki,  “Qafqazinfo”ya AMEA-nın ictimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin rəhbəri Ağahüseyn Şükürov bildirib.

O qeyd edib ki, akademik Y.Mahmudov bu gün  öz ərizəsi ilə işdən azad edilib: “Y. Mahmudov növbəti əmrlə AMEA prezidentinin müşaviri təyin edilib”.

Gununsesi.org