Yarımfinal başlayır: Eurovision bu il yenidən tənqid hədəfidir

İsrailin bu il Eurovision mahnı müsabiqəsində iştirakı “ikili standartlar”ın tənqidinə və boykot çağırışlarına səbəb olub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin 2023-cü il oktyabrın 7-dən bəri davam edən blokadası və Qəzza zolağına hücumları 52 mindən çox mülki şəxsin ölümünə səbəb olsa da, ölkənin iki ildən artıqdır ki, mədəniyyət, incəsənət və idman tədbirlərində iştirakına icazə verilməsi faktı tənqidlərə səbəb olub.

Avropa Yayım Birliyi (EBU) 2022- ci ildə Ukraynaya müharibə elan edən Rusiyanı da eyni əsasla müsabiqəyə qadağa qoyub.

Bu vəziyyət ictimaiyyətin, xüsusən də sənət adamlarının və insan haqları müdafiəçilərinin ikili standartların tənqidinə səbəb oldu və bir çox ölkələrdə İsrailin müsabiqədə iştirakını boykot çağırışları geniş vüsət aldı.

Qeyd edək ki, mayın 13-17-də Bazeldə keçiriləcək yarışmada İsraili təmsil edən Yuval Rafael mayın 15-də keçiriləcək ikinci yarımfinalda “Yeni gün yüksələcək” mahnısı ilə finala yüksəlmək şansı ilə mübarizə aparacaq.

Orxan

Gununsesi.info