Yasamal Rayon İcra Hakimiyyətinin başçısı sakinlərin problemlərinin həllinə dair tapşırıqlar verdi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bu gün bir qrup rayon sakinini qəbul edib. İcra Hakimiyyətinin inzibatı binasında sakinləri salamlayan Elşad Həsənov qeyd etdi ki, qəbullarda hər bir Yasamal rayonu sakini iştirak edib öz problemlərini müzakirə edə bilər. Görüşdə İcra başçısının müavinləri, RİH aparatının şöbə müdirləri və digər vəzifəli şəxslər də iştirak etdilər. Qəbulda növbə ilə söz alan Yasamal sakinləri öz problemləri barədə ətraflı söz açdılar. Vətəndaşlar mənzi növbəsi, yaşayış binalarındakı kanalizasiya borularının istismar vəziyyəti, əlillərin işlə təmini, azad edilmiş ərazilərdə minaya düşmüş şəxslərə sosial yardım,Vətən müharibəsi qazilərinin mənzillə təminatı, qəzalı binaların cari durumu  və bir sıra sosial məsələlər qaldırdılar.

İcra başçısı Elşad Həsənov üç saata yaxın davam edən qəbulda sakinləri diqqətlə dinlədi və həlli təcili xarakter daşıyan məsələlərlə baglı  RİH əməkdaşlarına konkret tapşırıqlar verdi.Qaldırılan digər məsələlər isə nəzarətə götürülərək onların həll müddətləri müəyyən edildi.Yasamal Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq vətəndaşlarla görüş və qəbulları davam edir.

Gununsesi.info