Yasamalda 45 yaşlı qadın qətlə yetirildi, cinayət işi açıldı

  • Müəllif: Firuzə
  • 23 Avqust 2025 15:06

Bu gün səhər saat 09 radələrində paytaxtın Yasamal rayonu ərazisində 45 yaşlı İradə Muradova münaqişə zəminində qətlə yetirilib.

Gununsesi.info-nun məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1977-ci il təvəllüdlü Emil Ağacanov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, avqustun 23-də paytaxtın Yasamal rayonu ərazisində 1988-ci il təvəllüdlü İradə Muradovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1977-ci il təvəllüdlü Emin Ağacanovun aralarında yaranmış mübahisə zamanı tanışı İradə Muradovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Emin Ağacanov iş üzrə şübhəli  şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

Gununsesi.info