Yaşar Gülər və Valeri Gerasimov telefonda danışdı

  • By admin
  • 12 Mart 2022 14:18

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər və rusiyalı həmkarı ordu generalı Valeri Gerasimov arasında telefon danışığı olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Twitterdə məlumat yayıb.

Bildirilib ki, telefon danışığında aktual təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Gununsesi.info