Yeni il gecəsi ruslar Ukraynaya 122 kamikadze dronla hücum etdi

  • By admin
  • 01 Yanvar 2024 12:55

Yeni il gecəsi ruslar Ukrayna ərazisinə 122 kamikadze dron göndərib. Onların 87-si Ukraynanın hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Odessaya göndərilən 60 drondan 50-si vurulub. Şəhərdə hündürmərtəbəli bina və şəxsi həyət evinə zərər dəyib.

Gununsesi.info xəbər verir ki, hücumlar zamanı 1 nəfər həlak olub, 9 yaralı var.

Bundan başqa Ukraynanın qəhrəmanı Stepan Banderanın doğum günü ruslar onun 100 əvvəl oxuduğu universitetin həyətindəki abidəsinə dron zərbəsi endirib . Eləcə də Lvovda Roman Şuxeviç muzeyinə dron atılıb.

Kiyevdə 29 dekabr hücumu zamanı dağılan binanın qalintıları arasından daha 4 nəfərin cəsədi çıxarılıb. Bununla da ölü sayı 27 nəfərə çatıb.

Xerson vilayəti cəbhə xəttinə yaxın ərazilərdən 32 uşaq evakuasiya edilib.

Gununsesi.info