Yevlaxda balıqçı itkin düşdü

  • Müəllif: Firuzə
  • 26 Avqust 2026 22:50

Yevlaxda balıqçı su anbarında itkin düşüb.

Gununsesi.info    Teleqraf-a istinadən xəbər verir ki, Xanabad kənd sakini Kərimov Xaləddin Sabir oğlu dünən qayıqla Mingəçevir su anbarına balıq tutmağa gedib.

Ona məxsus qayıq və digər əşyalar tapılsa da, özü barədə indiyədək heç bir məlumat yoxdur. Ailəsi artıq balıqçının itkin düşməsi barədə hüquq-mühafizə orqanlarına müraciət edib.

Gununsesi.info