“Yüksəliş”in final mərhələsinə keçən 16 nəfərdən 80 %-i Bakı, 20 %-i regionlardan qatılanlardır

“Yüksəliş” müsabiqəsinin final mərhələsinə 116 nəfər keçib. Həmin namizədlərdən 80 %-i Bakıdan, 20 %-i isə regionlardan qatılanlardır.

Gununsesi.info  xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, müsabiqənin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, finala keçən iştirakçılardan 17 nəfəri qadındır:

“Təxminən 60 faiz namizəd özəl, 40 faizi isə dövlət sektorunun nümayəndələridir”.

O qeyd edib ki, hər bir iştirakçı ilə bağlı onun psixoloji portreti də hazırlanacaq və müsabiqə çərçivəsində onun özünə təqdim ediləcək.

Gununsesi.info