Yunanıstanda yeni dövr

  • By Admin2
  • 14 Mart 2025 14:10

Yunanıstanda 2023-cü ildə 57 nəfərin ölümü ilə nəticələnən qatar qəzası ilə bağlı etirazlara görə baş nazir Mitsotakis kabinetində dəyişiklik edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis 2023 – cü ildə 57 nəfərin ölümü ilə nəticələnən  qatar qəzası ilə bağlı davam edən etirazlardan sonra kabinetdə dəyişiklik edib .

Hökumət sözçüsü Pavlos Marinakisin televiziya ilə verdiyi açıqlamaya görə, rəy sorğularında əks reaksiya ilə üzləşən Mitsotakis maliyyə, nəqliyyat, immiqrasiya və mülki müdafiə də daxil olmaqla bir sıra yüksək səviyyəli nazirliklərin rəhbərlərini dəyişib.

Xarici işlər və müdafiə nazirləri dəyişməz qalıb.

Bu addım hökumətin yanvar ayından Afina və digər şəhərlərdə bir sıra etirazlara səbəb olan dəmir yolu faciəsi ilə bağlı parlamentdə etimadsızlıq səsverməsini aradan qaldırmasından bir həftə sonraya təsadüf edir.

Qəza 2023-cü il fevralın 28-də Afinadan Salonikiyə gedən və içərisində 350-dən çox sərnişini daşıyan qatarın Larissa şəhəri yaxınlığındakı Tempe şəhərində yük qatarı ilə toqquşması nəticəsində baş verib.

 

Orxan

Gununssesi.info