Yuxusu çin olan laçınlılar

  • By admin
  • 27 Avqust 2021 00:10

Laçın sakini Ehtiram Mehdiyev Qorçu kəndində yerləşən evinə baş çəkib.

Erməni ordusunun darmadağın etdiyi digər yaşayış məntəqələrimiz kimi, burda da yalnız uçuq divarlar qalıb. Bu kənd həm də tezliklə Azərbaycanın dəniz səviyyəsinin ən hündürdə yerləşən aeroportunun yerləşəcəyi bölgə olacaq.

Laçın sakini Ehtiram Mehdiyev deyir ki, ermənilərin Laçını işğal etməsindən sonra əşyalarını belə götürmədən öz evini tərk etməyə məcbur qalıb.

“Doğma evimi gəlib görmüşəm. Bu mənə bəsdir. Yandırıblar, söküblər eybi yox. Bundan yaxşısını da tikəcəm, yaradacam”, – deyə Laçın sakini bildirib.

Gununsesi.info