Zəfər Kubokunda növbəti tur başlayır

  • By admin
  • 15 May 2022 09:09

İdman Araşdırmalar Mərkəzinin və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kubokunda II turun matçları bu gün keçiriləcək.

Gununsesi.info xəbər verir ki, Bakı Olimpiya Stadionunun qapalı meydançasında gün ərzində 4 qarşılaşma oynanılacaq.

Görüşlərdən öncə fəxri bədən tərbiyəsi və idman xadimi, Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış jurnalist Məzahir Süleymanzadənin vəfatı ilə əlaqədar 1 dəqiqəlik sükut elan olunacaq, mərhumun ruhu ehtiramla anılacaq. Eyni zamanda fəxri qonaqlar iştirakçı komandalara uğurlar arzulayacaq, topa rəmzi toxunuş edəcək və xatirə fotosu çəkdirəcəklər.

Oyunların proqramı və fəxri qonaqlar bunlardır:

15 may
II tur
B qrupu

10:00. “Xocalı” – “Şuşa” (Mətbuat Şurasının sədri Əflatun Amaşov və Vətən müharibəsi qazisi, “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuş kapitan Anar Əhmədov)

11:00. A qrupu: “Xocavənd” – “Cəbrayıl” (“Neftçi” klubunun prezidenti Kamran Quliyev, MMA döyüşçüsü Nəriman Abbasov və onun şəxsi məşqçisi, “Azerbaijan Fight Club” və “TT Fight Club”un əslən Xocavənd rayonundan olan prezidenti Şəhriyar Abbasov)

12:00. D qrupu: “Xankəndi” – “Ağdam” (Milli Məclisin deputatları – 26 saylı Sabunçu birinci seçki dairəsindən Fazil Mustafa və 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Arzu Nağıyev, İsgəndər Cavadov Bakı Futbol Akademiyasının vitse-prezidenti Yaşar Seyidov, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla)

13:00. C qrupu: “Qubadlı” – “Kəlbəcər” (Milli Məclisin deputatı – 123 saylı Kəlbəcər Seçki Dairəsindən Aqil Məmmədov, Azərbaycanın tanınmış cüdoçusu, qadınlardan ibarət milli komandanın məşqçisi, əslən Kəlbəcərdən olan Kifayət Qasımova və Azərbaycan Televiziyasının şəhid operatoru, “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş, əslən Qubadlıdan olan Sirac Abışovun qardaşı Şirzad Səmədov)

İlk turda qeydə alınmış nəticələr:

8 may
A qrupu

“Füzuli” – “Cəbrayıl” – 2:4

B qrupu
“Suqovuşan” – “Şuşa” – 9:1

C qrupu
“Laçın” – “Kəlbəcər” – 0:2

4 may
D qrupu

“Zəngilan” – “Ağdam” – 0:10

Bombardirlər: Nurşən Quliyev (“Suqovuşan”) – 6, Əli Raufoğlu (“Cəbrayıl”), Xanoğlan İmanov (“Ağdam”), Şəfail Baxşıyev (“Ağdam”) – hamısı 3, Murad Əliyev (“Füzuli”), Mirbağırağa Cəfəri (“Ağdam”) – hər ikisi 2 qol.

Qeyd edək ki, Zəfər Kuboku Azərbaycanın ilk onlayn qanuni mərc saytı ETOPAZ-ın baş sponsorluğu, “Kəhriz su”nun və “Traumotology Orthopedic Center”in (TOC) tərəfdaşlığı, “Report” agentliyinin informasiya dəstəyi ilə gerçəkləşir.

Gununsesi.info