Zəngilanda işləmək istəyən müəllimlərin NƏZƏRİNƏ

  • By admin
  • 30 İyul 2022 11:48

Böyük qayıdışın ilkin mərhələsinin başlandığı Zəngilan rayonunun Ağalı kənd orta məktəbində sentyabrın 15-dən tədris prosesi başlayacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə tarixində ilk dəfə olaraq Ağalı kənd məktəbinə vakant yerlər təqdim olunacaq.

Vakansiya seçimində müsabiqə üzrə minimum tələbi ödəyən namizədlər iştirak edə bilərlər.

Gununsesi.info