Bir neçə gün əvvəl həbs edilən eks diplomat Emin İbrahimovun Bakı Apellyasiya Məhkəməsində çıxışı zamanı saxlandığı təcridxanada işgəncələrə, təhdidlərə məruz qalması barədə dedikləri müzakirələrə səbəb olub.
Onun sözlərinə görə, ilk dəfə həbs edilməsinə baxmayaraq onu 17 nəfərlik residivistlə bir yerdə saxlayırlar.
Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri Zahid Oruc Gununsesi.info – nun məsələ ilə bağlı sualını cavablandırıb.
Sosial şəbəkələrdə və bəzi media orqanlarında bu haqda yayılan məlumatlardan xəbərdar olduğunu deyən komitə sədri bildirib ki, Penitensiar Xidmətin rəhbərliyi ilə əlaqə saxlayıb.
“Qeyd eydiyiniz istintaq altında olan Emin İbrahimovla bağlı informasiya məkanında müxtəlif xarici dairədən də əlahiddə maraq, onunla bağlı tirajlanan fərqli tezislər və bunu hakimiyyət əleyhinə kampaniyaya çevirmək cəhdləri görünür.
İdda olunur ki, hakimiyyət həmin şəxsdən qisas alır və sair. Mən bunları nəzərə alaraq hbilavasitə Penitensiar sistemin rəhərliyinə dayanan məlumatları sizinlə bölüşmək istəyirəm.
Sözügedən şəxs şənbə günü istintaq təcridxanasına gətirilib. Birinci gətirilən kimi o, karantinə alınıb və o zaman aclıq elanı və sair haqqında hər hansı bir mövqeyi olmayıb.
Birinci gün qidalanıb, ardınca da dərhal yaxın qohumlarının biri ilə telefon danışığına şəraiti yaradılıb. Səhv etmirəmsə, bacısı ilə əlaqə saxlayıb, daha sonra vəkillə təminatdan sonra görüşü təşkil olunub.
Sonraan o, aclıq etdiyini deyərkən ,kamerada digər şəxslərin fərqli reaksiyası olub. Onlar hesab edir ki, onlarla birlikdə qalan şəxsin ac qalması doğru deyil.
Fərqli durum buna görə yaranıb. O şəraitdə adam bəlkə də düşünüb ki, bu Penitensiar Müəssisədən gələn bir rəydi, ya mövqedir. Bu dəyərləndirmə artıq subyektivdir. Məsələnin başqa bir önəmli tərəfi o, dərhal təcrid olunub və artıq kimi tək bir şəraitdədir. Həmçinin bu gün sanitar gün olmağına rəğmən, bacısı və anası onunla görüşə gəliblər, yenə də müstəsna hal kimi o, adama görüş şərati yaradılıb.
Həmçinin onun xüsusu bir məsələlərdən bir problemi və şikayəti olmayıb, o cümlədən də birinci korpusda onun yönəlməsi və daha sonra qaldığı şəraitlə bağlı hər hansı bir nə yazılı, nə şifahi rəy bildirilməyib və bütövlükdə bu məqamları nəzərə alıb tam əminliklə demək olar ki, Emin İbrahimovun özündən çox ətrafında xüsusi bir kampaniya aparılır. Bu da başa düşüləndir, çünki onunla bağlı müəyyən intenet-televiziya kanallarında verilən rəylər onun göstəricisidir ki, bu adam dövlət əleyhinə çıxdığına görə, süni şəkildə cəzandırılır və hansısa bir kriminal ssenariləşdirilib kimi, bir rəyi, versiyanı hansısa bir formada sübuta yetirsinlər. Ona görə də adamın özündən çox onu simvola çevirmək istəyən dairələr burada xüsusi canfəşanlıq edirlər. Yəni bir daha deyirəm ki, hal –hazırda sizinlə danışdığımız anda onun doğmaları görüş istəyiblər və buna da tam şərait yaradılıb. Əminəm ki, bir az sonra da özü də, bu barədə məqamları təsdiq edəcəkdir”.
Elmar
Gununsesi.info