Tarixçi alim Zaur Əliyev televiziya məkanında yer alan bəzi şəxslər və son günlər müzakirə olunan iddialarla bağlı sərt fikirlər səsləndirib.
Gununsesi.info -nun xəbərinə görə, o, efirdə tez-tez görünən və özünü yüksək təhsilli kimi təqdim edən Nigar Fərhadın rəhbərlik etdiyi iddia olunan xaricdə təhsil şirkəti ilə bağlı sosial şəbəkələrdə səsləndirilən ittihamlara toxunaraq, bu cür halların cəmiyyətin etimadına zərbə vurduğunu bildirib.
Qeyd edək ki, sözügedən ittihamlarla bağlı rəsmi məhkəmə qərarı və ya hüquqi qiymətləndirmə açıqlanmayıb.
Alim Zaur Əliyev Azərbaycanda televiziya kanallarının tez-tez eyni şəxsləri “qəhrəman”, “vətənpərvər”, “ziyalı” kimi təqdim etdiyini, lakin sonradan onlarla bağlı müxtəlif qalmaqallı iddiaların ortaya çıxdığını qeyd edib.
Müəllif daha sonra televiziya məkanında çıxış edən müxtəlif peşə sahiblərinə inamın azaldığını vurğulayaraq yazıb ki, efirlərdə həkimlərdən və hüquqşünaslardan tutmuş ekspertlərə, aparıcılara və digər tanınmış simalara qədər bir çox şəxslə bağlı cəmiyyətdə etimadsızlıq formalaşıb.
Elmar
Gununsesi.info











