ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskinin ona təqdim olunan sülh təklifini hələ də oxumamasından məyus olduğunu bildirib.
Trampın sözlərinə görə, Rusiya bu razılaşmanı qəbul etməyə hazır olduğunu nümayiş etdirib və Zelenskinin komandası da planın ilkin məzmununu müsbət qiymətləndirib.
O qeyd edib ki, sənədin nəzərdən keçirilməməsi danışıqlar prosesində yubanma yaradır və sülhün əldə olunmasını çətinləşdirir.
Firuzə












