Zelenski Rusiyaya meydan oxudu – VİDEO

  • By admin
  • 10 Mart 2022 16:44

Mülki əhalinin üzərinə bomba atmağı əmr edən hər kəs cavab verəcək. Zəngin həyatı sevirsiniz, elə deyilmi? Çiçəklənən ölkələri sevirsiniz? Artıq sizdə olmayacaq. Və bu yalnız başlanğıcdır. Siz müharibə cinayətlərində iştirak etdiyinizə görə mühakimə olunacaqsınız.

Gununsesi.info  xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski öz Teleqram kanalında Rusiya əhalisinə video-müraciətində deyib.

“15-ci gündür ki, dövlətimizi müdafiə edirik. Biz dözdük. Ukrayna ordusu mühüm bölgələrdə hücumları dəf edir. Müdafiəyə qoşulan hər kəsin sayəsində biz kölə olmadıq və heç vaxt olmayacağıq!”, – Zelenski bildirib.

Gununsesi.info