Zelenski Türkiyə prezidenti və xanımından yazdı

  • By admin
  • 06 Fevral 2022 14:24

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevə son səfərindən sonra koronavirusa yoluxmuş türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana tezliklə sağalmasını arzulayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Zelenski özünün Titter səhifəsində yazıb.

“Həyat yoldaşım Yelena ilə birlikdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın COVİD-19 testinin müsbət çıxmasını təəssüflə öyrəndik. Dostlarımız cənab Ərdoğana və Əminə xanıma tezliklə sağalmalarını arzu edirik!”.

Qeyd edək ki, Ərdoğanla xanımı koronavirusun “omicron” ştamına yoluxublar. Türkiyə Prezidenti açıqlamasında xəstəliyi yüngül keçirdiklərini və evdən işləməyə davam etdiyini bildirib.

Gununsesi.info