Zelenski: Ukraynanın hava hücumundan müdafiəsi həmişəkindən daha güclüdür

  • By admin
  • 01 Yanvar 2023 11:10

Ukrayna prezidenti Volodimir Zelenski cümə günü deyib ki, Ukrayna Rusiyanın hava zərbələri dalğalarına müqavimət göstərməyə və onları dəf etməyə davam edir və Ukraynanın hava hücumundan müdafiəsi “həmişəkindən daha güclüdür.”

“Yeni ildə Ukraynanın hava hücumindan müdafiəsi daha güclü və daha effektiv olacaq,” o əlavə edib.

Ukrayna lideri deyib ki, Ukraynanın hava hücumundan müdafiəsi “Avropanın ən güclüsü ola bilər ki, bu, təkcə bizim ölkəmiz deyil, bütün qitə üçün” təhlükəsizlik zəmanətidir.

Birləşmiş Ştatlar ötən həftə Ukraynaya təxminən 2 milyard dollar dəyərimdə əlavə hərbi yardım elan edib. Buna Patriot Hava Hücumundan Müdafiə Sistemi daxildir ki, o, təyyarələr, qanadlı və balistik raketlərə qarşı müdafiə təmin edir.

NATO-nun baş katibi Yens Stoltenberq NATO üzvlərini Ukraynanı daha çox silahla təchiz etməyə çağırıb.

“Mən müttəfiqləri daha çox şey etməyə çağırıram. Ukraynanın qalib gəlməsi və [Rusiya Prezidenti Vladimir] Putinim qalib gəlməməsi bizim hamımızın təhlükəsizlik maraqlarındadır,” Stoıtenberq cümə günü Almaniyanın DPA xəbər agentliyinə bildirib.

Stoltenberq deyib ki, sursat və ehtiyat hissələrinə “çox böyük” ehtiyac var. Reuters-in məlumatına görə, o, DPA-ya söyləyib ki, Ukraynaya hərbi dəstək sülhə aparan ən sürətli yoldur.

“Biz bilirik ki, əksər müharibələr danışıqlar masası arxasında başa çatır – yəqin ki, bu müharibə də – lakin biz bilirik ki, Ukraynanın bu danışıqlarda nəyə nail ola biləcəyi hərbi vəziyyətdən asılı olacaq” deyə Stoltenberq əlavə edib.

Rusiyanın hücumu

Ukraybşna rəsmiləri cümə günü bildirib ki, Rusiya şimaldan cənuba cəbhə xətti boyu şəhərlərə atəş açıb. Bundan bir gün öncə isə Moskva kritik infrastruktura onlarla raket atıb. Cümə günü Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı axşam hesabatında bildirib ki, Rusiya qüvvələr şərqdə Baxmut və Avdiivka yaxınlığında irəliləməyə çalışıb, eyni zamanda Donetsk regipmimda bir neçə qəsəbə və kəndi, o cümlədən Vuhledarı atəşə tutub.

Zelenski deyib ki, ölkə qüvvələri şərqdəki Donbad regionumda mövqelərini qoruyurlar.

Gununsesi.info