9 saylı Cəzaçəkmə müəssisəsinə yerləşdirilən sabiq baş prokuror , keçmiş səfir Eldar Həsənovun vəkili Valeh Mehralıyev bu gün ilk dəfə onunla görüşüb.
Bu barədə Gununsesi.info-ya danışan vəkilin sözlərinə görə, hazırda karantin rejimində saxlanılan Eldar Həsənovun səhhətində ciddi problem var:

“Otağı rütubətlidir. Bütün həkim sənədlərini təqdim etmişik. Eldar Həsənov Müalicə Müəssisəsində olmaldır. Bunu etmirlərsə, heç olmasa müəssisənin tibb məntəqəsinə köçürsünlər”.
Gununsesi.info












