Gəncənin deputatlarından aztəminatlı ailələrə pulsuz hüquqi yardım

  • By admin
  • 04 May 2022 17:00

Azərbaycan Vəkillər Kollegiyası ilə Milli Məclis arasındakı əməkdaşlıq davam edir.

Həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, 07  may 2022-ci il tarixində Milli Məclisin deputatları Musa Quliyev, Müşfiq Cəfərov, Pərvin Kərimzadə, Naqif Həmzəyevin təşəbbüsləri və Vəkillər Kollegiyasının dəstəyi ilə Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstəriləcəkdir.

Bununla əlaqədar Gəncə seçki dairəsinin əhatə etdiyi ərazidəki hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslər üçün aksiyanın məkan və zamanı aşağıda qeyd edilmişdir:

Tarix: 07 may 2022-ci il, saat 12:00;

Məkan: YAP Gəncə şəhər Təşkilatı

Vəkillər Kollegiyası tərəfindən əlaqələndirici şəxs: Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Afət Qaziyeva (tel.: 012 594 99 85, 050 340 09 81).

Gununsesi.info