Səfər Mehdiyev məsuliyyəti Gürcüstanın üzərinə atır - GÖMRÜK KOMİTƏSİNDƏN "GÜNÜNSƏSİ"NİN XƏBƏRİNƏ REAKSİYA

  • By admin
  • 04 May 2022 16:36

Dövlət Gömrük Komitəsi Gununsesi.info-nun “Gömrük Komitəsi Gürcüstana keçən yolu niyə bağlayıb?- ZAQATALADAN BAŞLAYAN TIXAC BALAKƏNƏ QƏDƏR UZANIR”  başlıqlı xəbərinə reaksiya verib.

Xatırladaq ki, yük maşını sürücülərinin göndərdiyi video görüntülərə istinadən yayımladığımız materialda gömrük postunun süni şəkildə bağlanmasından bəhs edilir.

 

Dövlət Gömrük Komitəsinin açıqlamasında  bildirilir ki, sıxlıqların yaranmasına səbəb ölkəmizdən tranzit keçən yük nəqliyyat vasitələrinin sayının son aylarda kəskin surətdə artması ilə əlaqədardır: “Hazırda Gürcüstanla sərhəddə yerləşən iki gömrük-keçid məntəqəsi vasitəsilə gün ərzində 1 000-ə qədər nəqliyyat vasitəsinin keçidini təmin etmək mümkündür. Bu da ölkə ərazisinə “tranzit” gömrük proseduru altında daxil olan yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosedurlarını asan və sürətli şəkildə həyata keçirməyə imkan verir. Lakin Azərbaycandan keçən yük nəqliyyat vasitələri daha sonra Gürcüstan və Türkiyə Respublikası üzərindən müəyyən olunan marşrutla hərəkət edirlər və bu ölkələr artan nəqliyyat axının qəbulunda müəyyən çətinliklərlə üzləşirlər. Belə ki, hazırda Gürcüstan-Türkiyə sərhədindəki gömrük-keçid məntəqələrinin qarşısında Türkiyəyə daxil olmaq istəyən avtomobillərin sıxlığı yaranıb. Üstəlik xeyli sayda yük nəqliyyat vasitəsi Türkiyəyə keçmək üçün Gürcüstan ərazisindəki TIR parklarında növbə gözləyir. Buna görə də Gürcüstan Azərbaycandan daxil olan nəqliyyat vasitələrinin sayında müəyyən məhdudiyyətlər tətbiq edir”.

BUNA DA BAX:

 

Gömrük Komitəsi Gürcüstana keçən yolu niyə bağlayıb?

 

Gülnar Məmmədli

Gununsesi.info