Ədalətsizlikə üzləşən professor İlham Əliyevdən kömək istəyir

  • By admin
  • 30 İyul 2022 11:07

“Bakı Kommersiya Məhkəməsinin son günlərdə qəbul etdiyi Müvəqqəti Təminat Tədbiri Barədə Qərardadlardan görürəm ki, Bakı Kommersiya Məhkəməsinin hakimləri sahibkarın fəaliyyətinə maneələrin aradan qaldırmaqdansa, əksinə, böyük bir müəsissənin fəaliyyətinin dayandırılmasına səbəb olacaq qərardadlar çıxarır”.

Gununsesi.info xəbər verir ki, bunu prezident İlham Əliyevə müraciətində professor Şahbazov Şahbaz Qara oğlu deyib.

Yenicag.az Şahbaz Şahbazovun ölkə başçısı İlham Əliyevə müraciətini təqdim edir:

“Bu müraciətimdə məhkəmələrin əli ilə sahibkarlığın necə məhv edilməsini təsvir etməyə çalışacam və bu işləri özüm görəndən sonra durumun nə qədər acınacaqlı olmasının şahidi oluram.

Cənab prezident, sizdən kömək istəyirəm.

Cənab Prezident, sizin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli 604 saylı Fərmanınzda sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması nəzərdə tutulmuşdur.

Lakin mən Bakı Kommersiya Məhkəməsinin son günlərdə qəbul etdiyi Müvəqqəti Təminat Tədbiri Barədə Qərardadlardan görürəm ki, Bakı Kommersiya Məhkəməsinin hakimləri sahibkarın fəaliyyətinə maneələrin aradan qaldırmaqdansa, əksinə, böyük bir müəsissənin fəaliyyətinin dayandırılmasına səbəb olacaq qərardadlar çıxarır.

Belə ki, Bakı Kommersiya Məhkəməsinin hakimləri Pirverdiyev Zaur Rafiq oğlunun və Əliyeva Aytən Heydər qızının qəbul etdiyi Müvəqqəti Təminat Tədbiri Barədə Qərardadlarında bu açıq-aydın öz əksini tapır. Hakim Əliyeva Aytən Heydər qıznın qəbul etdiyi qərardadla “Azinteroil” MMC-nin (VÖEN 1400152671) adından bütün hüquqi nəticə yarada biləcək hərəkətlərin edilməsinin, o cümlədən bütün növ sənədlərin, müqavilələrin, etibarnamələrin hazırlanması, imzalanması, təqdim edilməsi və istifadə olunması, vergi, maliyyə və bank əməliyyatlarının aparılması, “Azinteroil” MMC-nin istifadəçi kodu, parolu və şifrəsindən, pin kodundan, “Asan İmza”sından və möhürdən istifadə olunması cavabdehlər Əliyeva Solmaz Əlifağa qızına, Şahbazov Şahbaz Qara oğluna, Ağalarov Orxan Ehtibar oğluna, Şahbazov Yaqub Qara oğluna, şirkətin direktoru Əzizov Şahnəzər Abbas oğluna, “Azinteroil” MMC-yə və digər şəxslərə qadağan edilmişdir.

Təsəvvür edin, Əzizov Şahnəzər Abbas oğlu MMC-nin 75 % payına sahib olan biz təsisçilər İlqar Əliyev Aqil oğlu və Şahbaz Şahbazov Qara oğlu tərəfindən qanuni əsaslarla direktor təyin edilmiş və vergilər xidmətində reyestr xidmətindən qeydiyyatdan keçirilmişdir. Əksinə, əvvəlki direktor Heydər İbrahimov ötən 10 il ərzində MMC-nin maliyyə-uçot hesabatları barədə bizə məlumatlar verməmiş, İlham Məmmədovun sözü ilə MMC-nin hüquqi sənədlərin və möhürünü yeni direktor Şəhnəzər Əzizova verməkdən boyun qaçırır. Əvvəlki direktor Heydər İbrahimov 25 % təsisçi İlham Məmmədovun əmri və birbaşa təsiri altında şirkətin əmlaklarını və əmlaklardan gələn gəlirlərini mənimsəyirlər. Şirkətdə maliyyə auditi aparılmasına imkan vermirlər.

Bütün bunlara baxmayaraq, hakim Əliyeva Aytən Heydər qızı MMC-nin bütün hərəkətlərinə blok qoyur.

Buradan belə bir sual ortaya çıxır ki, bəs hakim bu qərarı qəbul edərkən fikirləşməyib ki, hazırda fəaliyyət göstərən MMC-nin 100-dən artıq işçisinin əməkhaqları necə ödənəcək, maliyyə-uçot hesabatları necə aparılacaq, vergilər və digər məcburi ödənişlər necə ödənəcək?

Biz MMC ilə bir çox xarici investorlar arasında müqavilə bağlanılmasına, ölkəmizə yeni xarici investorların cəlb edilməsinə çalışırıq. Əfsuslar olsun ki, məhkəmənin bu qərardadın görən hər bir investor buraya yatırım etməkdən nədir, ölkəyə gəlməkdən çəkinir”.

Sonda Şahbaz Şahbazov prezident İlham Əliyevdən xahiş edib:

“Bizim məhkəmələrdə olan bütün işləri öz nəzarətinizə götürəsiniz, İlham Məmmədovun sifarişlərinin yox, ədalətin zəfər çalmasında bizə köməklik göstərəsiniz”.

Gununsesi.info