Əl-Cəzair Prezidenti Təbbun: “Fransa talançı kompleksindən qurtulmalıdır”

  • By admin
  • 30 Dekabr 2022 17:18

Əl-Cəzair Prezidenti Əbdülməcid Təbbun Fransaya etiraz çağırışı edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin başçısı Fransanın qarətçi, ölkəsinin isə talanan ölkə kompleksindən qurtulmlalı olduğunu söyləyib.

Prezident yazılı açıqlamasında Le Fiqaro qəzetinə ikitərəfli münasibətlər başda olmaqla qlobal və bölgəvi problemlərlə bağlı bunları bildirib:

“Fransanın Əl-Cəzair vətəndaşlarına yenidən viza verməyə başlaması müsbət bir addımdır. Təbbun bununla bağlı Fransadan müstəqilliyi təmin edən Evian anlaşmasına vurğu edib.

O, radikalçı bəzi Əl-Cəzair vətəndaşlarının əməllərinin gerçəklərinin bilinməsi gərəkli olduğunu dilə gətirib. O, radikalçılığın Əl-Cəzairdən qaynaqlanmadığını, ölkəsinin Fransadan Suriya kimi bəzi ölkələrə gedən radikallıq yandaşı Əl-Cəzairli vətəndaşlardan məsul olmadığını söyləyib. Fransanın ölkəsindən daha çox təbii qaz satma tələbində olduğunu bildirən Təbbun fransız dilinin də ölkəsində xalqa zorla dirədilməyəcəyini, seçimin yerli ailələrin əlində olduğunu açıqlayıb.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info