Əli Həsənovun oğlunun Dubaydakı daşınmaz əmlakları – FOTO

  • By admin
  • 15 Fevral 2021 19:32

Şamxal Həsənli bu barədə məşhur “Trustpilot” portalında yazıb.

Qeyd edək ki, “Trustpilot” portalı məşhur şirkətlərin tanıtım platformasıdır. Bu platformada qeydiyyatdan keçən şəxslər şirkətləri haqqında məlumat ala bilər və öz rəylərtini paylaşa bilərlər.

“Trustpilot” portalında qeydiyyatdan keçən Şamxal Həsənli qeydiyyat yeri olaraq ABŞ-ı göstərib və “Provident” şirkətilə bağlı rəy yazıb. Şamxal Həsənli qeyd edib ki, o artıq 3 ilə yaxındır “Provident” şirkətinin rəhbəri Hend Kərəm ilə yaxından tanışdır. Əli Həsənovun oğlu yazır ki, bəzi  əməliyyatlarda onunla birgə çalışıb. Şamxal Həsənli daşınmaz əmlak sektoruna investisiya qoymaq istəyənlərə məsləhət görür ki, mütləq Hend Kərəm ilə əməkdaşlıq etsinlər.

“Provident” şirkəti isə öz növbəsində Şamxal Həsənliyə yazdığı rəyə görə təşəkkür edib və gələcəkdə də birlikdə çalışacaqlarına ümid etdiklərini qeyd ediblər.

Gununsesi.info