Əli İnsanovun partiyasında nə baş verir? - HƏP-dən İSTEFALAR

  • Müəllif: admin
  • 07 İyul 2023 12:13

Əli İnsanovun lideri olduğu Haqq və Ədalət Partiyasından istefalar başlayıb.

Gununsesi.info xəbər verir ki, təşkilatın idarə heyətinin üzvü Murad Bayramoğlu özünün Facebook səhifəsində partiyadan getdiyini və özü ilə bərabər HƏP-in Culfa, Abşeron təşkilatlarından yüzlərlə üzvünün çıxmasını bəyan edib.

“Dəyərli dostlar, uzun zamandır mənim üçün çətin olan bir seçim qarşısında qalmışdım. Nəhayət ki, secimimi edərək yaranmasının ilk günündən canla – başla əmək verdiyim HƏP-in İdarə Heyətinin üzvlüyündən, HƏP Abşeron rayon təşkilatının sədirliyindən, o cümlədən HƏP-in üzvülüyündən ayrılıram. Səbəb siyasi baxışlarımızın fərqliliyidir”.

Daha sonra Murad Bayramoğlu tərəfdarlarının da bu partiyanı tərk etdiyini yazır.

“HƏP Abşeron təşkilatının bütün üzvləri (452 nəfər) 06.07.2023 -cü il tarixdə, Culfa rayon təşkilatının 120 üzvü – (toplam 572 üzv) imzalarını geri götürməklə, partiyadan istefa verib. Hər birinə mənə dəyər verdikləri üçün minnətdaram, uğurlar arzulayıram”.

Mais
Gununsesi.info