“Əminəm ki, Ermənistan hökuməti məsuliyyəti dərk edir və Qarabağ üzrə razılaşmaya tam əməl olunacaq” - LAVROV

  • By admin
  • 12 Noyabr 2020 14:23

Dağlıq Qarabağla bağlı əldə olunmuş razılaşmanı pozmağa cəhdlə bağlı hər hansı əlamət yoxdur.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Moskva əmindir ki, bütün tərəflər Dağlıq Qarabağda Rusiya sülhməramlılarının olmasında maraqlıdır.

Lavrov qeyd edib ki, Rusiya Ermənistan müxalifətinin Dağlıq Qarabağla bağlı uğurla əldə edilmiş razılaşma ətrafında necə spekulyasiya etməyə cəhd göstərdiyini görür.

Lavrov əmin olduğunu bildirib ki, Ermənistan hökuməti məsuliyyəti dərk edir və Qarabağ üzrə razılaşmaya tam əməl olunacaq. 

 

 

Gununsesi.info