Ərdoğan: “Bunlar cənab Kamalın işi deyil”

  • By admin
  • 23 May 2023 21:18

“Cənab Putinlə yaxşı söhbət etdiyim üçün Kamal bəy incidi”.

Gununsesi.info TRT-yə istinadən  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mitinq çıxışı zamanı bildirib.

“Mayın 28-i ilə ölkəmizin qarşısında yeni qapılar açılacaq. Türk əsrini qurmaq üçün çox çalışacağıq. Xalqımızı inflyasiya ilə əzməyəcəyik, vədimizə sadiq qalacağıq. Bunlar cənab Kamalın işi deyil. Biz 21 il Türkiyədə nəyisə sübut etdik. Rusiya-Ukrayna savaşında Türkiyə vasitəçidirsə, ölkəmiz Qara dəniz taxılını dünyaya daşıyırsa, vəziyyət başqadır. Cənab Putinlə yaxşı söhbət etdiyim üçün Kamal bəy incidi. Siyasəti heç başa düşmürsən, yatırsan. Dünyada siyasət belə aparılmır”, – deyə Ərdoğan vurğulayıb.

Gununsesi.info