Əsəbləri tarıma çəkilən Rusiyanı sakitləşdirmək olmurdu – ELDAR SABİROĞLU YAZIR

  • By admin
  • 11 Dekabr 2020 22:17

Azadlıq meydanında Zəfər Paradına ailəmlə birlikdə baxırdım.

Əvvəldən axıradək hər parçasına diqqət yetirdik. Sözün əsl mənasında gözəl zövq aldıq. Təşkilatçıların gördükləri işlər öz müsbət nəticəsini paradın ilk dəqiqələrindəncə göstərdi. Hərbi intizam, qayda-qanun, hər şey yerində idi. Əməyi və zəhməti keçmiş bütün yoldaşlara şükranlarımı ifadə edirəm. Nəvələrimin coşqusunu, fərəh hissini bu anlarda görmək baba olaraq məndə sonsuz duyğu və xoş təəssüratlar yaradırdı. Qələbəmizin nümayişi müqayisəsiz tarixi hadisə olaraq yaddaşlarda özünə əbədi məkan qazandı.

Bəli, bu qanlı müharibə olmaya bilərdi… Lakin Azərbaycanın sülh təşəbbüslərinə adekvat cavab verilmədi.

Erməni faşizmi və ona hər cür dəstək göstərən beynəlxalq qurum və dövlətlər problemin dinc vasitələrlə həllinə ciddi əngəllər törətməklə müharibə vəziyyətinə real şərait yaratdılar. Bu məsələdə Rusiyanın rolunu xüsusi qeyd qeyd etməyi istərdim. Düşmənimizi ən ağır hərbi texnika və silah-sursatla pulsuz, ya da güzəştli qaydada hər zaman təmin etdi.

Yaxın 15 ildə düşmən Ermənistana nə az, nə çox, düz 7 milyard ABŞ dolları həcmində hərbi yardım göstərdiyini təsdiq edən sənədlərin bir hissəsi ilə zamanında tanış olmuşam. Hətta səhih bir məlumata görə Ermənistanın keşmiş rəhbərliyi qazanc əldə etmək məqsədilə Rusiyanın “hədiyyə” payının bir hissəsini bəzi Afrika ölkələrinə satıb. Lakin dələduzluğun üstü açılır və Rusiya bu ölkənin bir daha pulsuz silah təminatına son qoyur. Belə ki, erməni böyük qardaşının yanında inamını itirir.

2011-ci ildə böyük qalmaqala səbəb olan bu hadisə ilə ermənin necə xəyanətkar bir millət olduğu bütün çılpaqlığı ilə üzə çıxır. Artıq əsəbləri tarıma çəkilən Rusiyanı sakitləşdirmək olmurdu. Ruslar 1milyard 357 milyon ABŞ dolları civarında ermənilərə verdiyi silahın geri qaytarılmasını tələb edirdilər, ya da yardımın vəsait şəklində ödənilməsini istəyirdilər.

Ermənistanın bu tələblərdən nəticə çıxarmadığı halda Rusiya dələduz erməni hökumətini beynəlxaq məhkəmə ilə hədələyir. Təsəvvür edin, Rusiyaya məxsus 150 hərbi yük təyyarəsi ilə 19 gün ərzində hərbi yardımlar İrəvanının yaxınlığında yerləşən hərbi aerodrama daşınıb.

Sonda razılaşmanın yolu tapılır. İrəvanın 3-cü massivində yerləşən məşhur “Masis- Ayaqqabı” İstehsalat Birliyini əvəz olaraq ruslara təklif edirlər… Hansı ki, 1978-ci ildə Brejnev İrəvanda olarkən həmin istehsalat birliyinə gedibmiş. Heydər Əliyev də orada olur. Siyasi Büronun üzvlərindən bir neçəsi də Baş katiblə birlikdə əmək kollektivinə baş çəkmişdi.

Təxminən 10 dəqiqədən sonra Brejnevin arxasında duran Heydər Əliyev heç kimin eşidə bilmədiyi sözü pıçıltı ilə Brejnevin qulağına deyir. Elə həmin andaca Kremlin mühafizə qrupu bir göz qırpımındaca Baş Katibi sui-qəsd təhlükəsindən sovuşdurur…

Sonradan bu hadisənin Azərbaycan rəhbəri Heydər Əliyev tərəfindən quraşdırıldığı barədə fikirlər dolaşmağa başladı. Bu məlumatın Ermənistan rəhbərliyinə məxsus olduğuna heç bir şübhə yox idi. Hadisə ilə əlaqədar xeyli adam həbs olundu. İstehsalat Birliyinin Baş direktoruna isə məhkəmə ölüm hökm kəsdi…

 

Eldar Sabiroğlu

 

Gununsesi.info