14 yaşlı uşağı yük maşını vurdu

  • By Sənan
  • 02 İyun 2024 19:10

Astarada yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Züngüləş kəndində baş verib.

Belə ki, “QAZ-66” markalı yük maşını velosipedlə hərəkətdə olan rayonun Ərçivan qəsəbə sakini 2010-cu il təvəllüdlü O. N-ni vurub.

Qəzada ağır xəsarət alan yeniyetmə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info